...Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanın “Embraer E190AR” təyyarəsinin vurulması ilə bağlı rezonans doğuran açıqlaması böyük qalmaqala səbəb olub. Əliyev Rusiyanı açıq şəkildə mülki təyyarəyə hücumda ittiham edib və məsuliyyətin tanınmasını, günahkarların cəzalandırılmasını və zərərçəkənlərə təzminat ödənilməsini tələb edib.
SİA-nın məlumatına görə, “Dialoq” yazır ki, buna cavab olaraq Rusiya təbliğatı, o cümlədən Z-kanalları Azərbaycana qarşı təhqirlərə yol açıblar. Onlar hadisə ilə bağlı hər hansı ittihamları rədd edərək, faciənin əsas təfərrüatlarını gizlədirlər.
...Təyyarə raketlə vurulub və bundan əvvəl elektron hücuma məruz qalıb,.. bu da onu idarəolunmaz hala gətirib. Rusiya qaz balonunun partlaması ilə bağlı gülünc versiyalar irəli sürərək insan qətlini susdurmağa çalışır, - deyən Əliyev bu cür hərəkətlərin Rusiya tərəfini nüfuzdan saldığını vurğulayıb.
...Əliyevin bəyanatından sonra müharibə müxbirlərindən tutmuş, anonim teleqram kanallarına kimi Rusiya təbliğatı aqressiya axınında “partlayıb”.
Məsələn, Z-təbliğatçılarından olan Aleksandr Kots bildirib ki, Azərbaycan guya özünü “daha diplomatik” aparmalıdır. Maraqlıdır, neyləməliyik ki? Haqsızlıqla barşmalıyıq?
...Rusiya kanalları Suriyada, Qarabağda baş verən hadisələri və Rusiya sülhməramlılarının ölümünü xatırladır.
Bununla belə, təyyarənin qəzaya uğraması təyyarənin nə üçün Mahaçqalaya təhlükəsiz enişə yönəldilməməsi, Xəzər dənizinə mümkün qəzaya səbəb olan marşrutla göndərilməsi ilə bağlı suallar yaradıb.
Bu,Rusiya ilə Azərbaycan münasibətlərinə zərbə ola bilərmi?
...Azərbaycan nə istəyir?
Bakı, təbii ki, Rusiyanın günahının tanınmasını istəyir.
Qeyd edək ki, Rusiya mülki təyyarənin vurulmasında ilk dəfə deyil ki, iştirak edir.
Xatırladaq ki, Donbass üzərində Malayziyanın Boeing MH17 təyyarəsi ilə faciə hələ də beynəlxalq müzakirələrin mühüm mövzusu olaraq qalır.
Amma nə olsun ki...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə