Rus qadınları 35 yaşından əvvəl doğum etməlidirlər.
SİA-nın məlumatına görə, bunu Dövlət Dumasının deputatı Tatyana Butskaya “Moskva danışır” radiostansiyasına açıqlamasında bildirib.
Deputat öz mövqeyini tibb institutunda oxuyarkən aldığı biliklərlə əsaslandırıb.
Onun sözlərinə görə, 35 ildən sonra genetik mutasiya riski “eksponensial” artır. Butskaya etiraf edib ki, o vaxtdan bəri təbabətin imkanları genişlənib, lakin buna müraciət etməyə ehtiyac yoxdur.
...35 yaşınız olana qədər hər şeyi mükəmməl uyğunlaşdıra bilərsiniz.
Bundan əvvəl Dövlət Duması müavinətlərə görə uşaq dünyaya gətirən rusları parazitlərlə müqayisə edib.
Deputat Aleksandr İltyakov bildirib ki, maddi həvəsləndirmə tədbirləri demoqrafik problemi həll edə bilməyəcək. Eyni zamanda, əhali “sırf bu uşaqla dolanmaq üçün” dünyaya gətirmək vərdişini formalaşdıracaq”.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə