Suçiçəyinə kütləvi yoluxma uşaqların ölümünə səbəb olub...

...Volqoqrad vilayətində uşaq psixonevroloji internat məktəblərindən birində faciəvi nəticələrə səbəb olan suçiçəyi epidemiyası baş verib.

SİA rus saytlarına istinadən xəbər verir ki, dekabrın 3-nə olan məlumata görə, 11 şagird infeksiyaya yoluxub, onlardan ikisi - 4 və 8 yaşlı əlil uşaqlar, ehtimal ki, pnevmoniya nəticəsində yaranan ağırlaşmalardan dünyalarını dəyişiblər.

Deyilənlərə görə, xəstəlik noyabr ayından yayılmağa başlayıb.

Xəsarət alan uşaqlar xəstəxanaya yerləşdirilib, onlardan altısının vəziyyəti hazırda orta ağırdır, üç nəfərin müalicəsi ambulatordur.

Daha əvvəl məlum olub ki, Nijni Novqorodda uşaq meydançasında uşaq ölüb.

Moskvada isə uşaq ölü tapılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə