Trampın Ukraynadakı münaqişəyə necə son qoyacaq..?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına nail ola bilər. Bunun üçün o, Kiyev uğrunda döyüş meydanında yaranmış acınacaqlı vəziyyətdən və Respublika Konqresinin Zelenskini daha da maliyyələşdirmək istəməməsindən istifadə edər.

SİA-nın əldə etdiyi məlumata görə, CNN analitikləri belə düşünürlər.

Müəlliflər yazır ki, “Trampın böyük danışıqlarçı kimi tanınmaq istəyini nəzərə almaq lazımdır”. Mümkündür ki, o, indi “Ukrayna müharibəni Rusiyaya uduzmağa başlayır” deyə razılaşa bilsin.

...Konqres Araşdırma Xidmətinin ötən ay dərc etdiyi hesabata görə, Ukrayna əsgərlərinin orta yaşı 40-dır və bu rəqəm öz sözünü deyir.

Ukraynalılar həmçinin bilirlər ki, Respublikaçıların nəzarətində olan Konqres, yəqin ki, onların müharibəsini maliyyələşdirmək üçün milyardlarla vəsait xərcləməyi dəstəkləməyəcək.

Kanalın analitikləri hərbi əməliyyatlara son qoya biləcək razılaşmanın ümumi konturlarını da açıqlayıblar. Rusiya Krımı, Kiyev isə CNN müəlliflərinin fikrincə, “Ukraynanın şərqindəki ərazilərin bir hissəsini alacaq”.

Ukrayna NATO-ya daxil ola bilməyəcək, lakin ona Yaponiyanın verdiyi kimi ABŞ-dan təhlükəsizlik zəmanəti veriləcək.

...Nə ruslar, nə də ukraynalılar bu razılaşmanın elementlərindən razı qalmayacaqlar, lakin alternativ əbədi müharibədir.

Bunu da CNN analitikləri bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə