...Murmanskdan 25 km şimal-şərqdə yerləşən Severomors şəhər sakini Pavel Suetin 2022-ci il sentyabrın 22-də “qismən səfərbərlik” dövründə hərbi komissarlığın evinə gəlməsindən sonra Rusiyadan Norveçə qaçıb.
SİA-nın əldə etdiyi məlumata görə, şəhərdə kiçik bir kafe sahibi olan rusiyalı, qaçışının səbəbini ölkə rəhbərliyinin siyasətinə qarşı olması ilə əlaqələndirib.
Deməli, Rusiyadan qaçıb Norveçin Kirkenes şəhərində balıq zavodunda işləyən Suetinə iki il keçməsinə baxmayaraq, hələ ki, Norveçdən söğənacaq ala bilməyib. Yəni onun çoxsaylı müraciətlərinə baxmayaraq, nə ona, nə də ondan əvvəl və ya sonra bu ölkəyə qaşan bir neçə rusa sığınacaq verilməyib.
...Və ona (həm də onlara-?) izah edilib ki, guya Rusiyada “insanlar maddi stimullardan istifadə edərək müqavilə bağlamağa məcbur edilirlər və...bu ölkədə, yəni Rusiyada məcburiyyət praktiki olaraq tətbiq edilmir” və “səfərbərlik zamanı bu ölkəni tərk edənlərin geri qayıdarkən həbs olunduğu məlum hallar yoxdur”.
Və ətta ölkədən qaçıb sonra qayıdanlara “nəvaziş belə göstərilir”?..
Maraqlıdır ki, Pavel Suetinin dediklərini, yəni onun qarşılaşdığı halları Qərbin müxtəlif ölkələrinə qaçan digər ruslar da təkrarlayırlar.
Məsələn, finlərin dediyinə və ya fikrincə, guya bu gün rusların öz ölkələrinə qayıtması təhlükəsizdir. Yəni hazırda Rusiyada heç bir səfərbərlik aparılmır, çağırışçılar xüsusi hərbi əməliyyat zonasına göndərilmirlər.
Qeyd edilməlidir ki, Şimali Avropada Rusiyanı tərk edənlərə son vaxtlara qədər nadir hallarda rast gəlinən sığınacaqdan imtina halları 2024-cü ilin sonunda daha tez-tez baş verməkdədir.
...Əvvəllər hakimiyyət tərəfindən ölkədən çıxmağa icazə verilməyən SSRİ vətəndaşlarına “refusenik” deyilirdi. İndi isə “yeni imtina edənlər” – Avropanın sığınacaq və qalmaq imkanından imtina etdiyi ruslardan danışa bilərik...
Amma etiraf edilməlidir ki, hazırda onlara qarşı münasibət müxtəlifdir.
Deyim ki, əgər buna “müxtəlif” demək mümkünsə...
Belə ki, Qərb səlahiyyətlilərini ruslara təlqin elədikləri, guya bu gün Rusiyada “məcburiyyət praktiki olaraq tətbiq edilmir” dedyimi, sadəcə olaraq yalandan başqa bir şey deyil.
...Düzünü desəm, indi nə edəcəyimi bilmirəm və o qədər yorulmuşam ki, indi sizinlə oturub söhbət edirəm və gülümsəyirəm, amma əslində çox qorxuram.
Bunu Pavel Suetin etiraf edir.
...Və yeri gəlmişkən, “Moskvada çağırışçılara qarşı reydlər keçirilir və onların Rusiyadan çıxışı məhdudlaşdırılır. Hərbi komissarlığa düşməkdən və müharibəyə getməkdən necə qorunmaq olar?”
Onu da deyim ki, bu dünən rus saytlarından oxuduğum yazılardan birinin başlığıdır.
Bəs, onda niyə Qərbdə ruslara müharibəyə aparılmaqları ilə bağlı “xətər sovuşub” deyirlər?..
Məncə bu maraqdan çox, müəmmadır..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə