Ruslar Rusiyada niqab qadağasına çağırırlar...

Moskva müftisi ekstremizmlə əlaqəsi aşkar edildikdə niqab qadağasını dəstəkləyib

...Rusiya hüquq-mühafizə orqanları ekstremizmlə əlaqəni müəyyən edə bilsələr, Rusiyanın İslam icması niqab taxmağın qadağan edilməsini dəstəkləyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Moskvanın baş müftisi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri İldar Alyautdinov öz Telegram kanalında bildirib.

...Rəsmi qurumlar niqab taxmaq ilə ekstremizm riskinin artması arasında əlaqəni müəyyən edərsə və nəticədə niqab qadağası vətəndaşlarımızın həyatını xilas etməyə xidmət edərsə, o zaman Müsəlmanlar Ruhani İdarəsi bu addımı atmağa hazırdır.

Bunu bildirn Alyautdinov, qeyd edib ki, Müsəlmanlar Ruhani İdarəsi təbliğatla məşğul olmur və heç kimi niqab taxmağa məcbur etmir.

İlahiyyatçının sözlərinə görə, bu geyimin mümkün qadağası ilə bağlı narahatlıqlar yalnız Rusiya cəmiyyətində parçalanmanın və nifrətin artmasının qarşısını almaqla bağlıdır.

...Xatırladaq ki, mayın 20-də “Parlamentary Gazette”də Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyevin məqaləsi dərc olunub.

Belə ki, hüquq müdafiəçisi Rusiyada niqab taxmağı qadağan etməyə çağırıb.

O, hətta Mərkəzi Asiyanın bəzi ölkələrində bu qadağanın qüvvədə olduğunu vurğulayıb.

Yeri gəlmişkən, niqab gözlər üçün kəsik buraxaraq üzü tamamilə örtə müsəlman qadınların ənənəvi baş örtüyüdür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə