"YouTube" premium abunə haqqını artırdığını açıqlayıb. SİA xəbər verir ki, ayda 16,99 olan premium abunənin qiyməti 29,99 TL olub. "YouTube" 2018-ci ildə premium sistemini elan edib və ödənişli abunə gətirdiyini açıqlayıb. Müxtəlif qiymət seçimləri olan abunəliklər klassik "YouTube" ilə müqayisədə bir çox üstünlüklərə malikdir.
"YouTube" premium fonda oxutma, videolara reklamsız baxmaq və yükləmək və internet olmadan onlara baxmaq kimi imtiyazlar təklif edir. "YouTube" premiumunun artımla bağlı verdiyi açıqlamada, üzvlərin eksperimental yeni funksiyaları sınaqdan keçirə biləcəkləri və musiqi sənətçiləri ilə birlikdə tədbirin sonunda keçirilən xüsusi partilərə qatılmaq imkanı əldə ediləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB