Yenidən məşhur olmaq istəyən "Facebook"dan şok addım

Meta son zamanlar populyarlığını itirən "Facebook" üçün yeni yollar axtarır. SİA xəbər verir ki, bu kontekstdə "Facebook" yeni funksiyalarını işə salıb. "Facebook" artıq səs-küy yaradacaq yeni funksiyalarla daha faydalı olacaq.

"Facebook", istifadəçilərə ana səhifə lentlərini fərdiləşdirməyə imkan verəcək yeni funksiyalar elan etdi. İstifadəçilər indiyə qədər yalnız göstərilən yazıları gizlədə bilirdilər.

Yeniliyə əsasən, istifadəçilər dostların, qrupların və ya axındakı səhifələrin yazıları üçün "daha çox göstər" və ya "az göstər" arasında seçim edə biləcəklər. Bu, ana səhifədə göstərilən yazıları dəyişəcək.

İstifadəçilər tezliklə yazıların yuxarı sağ küncündəki üç nöqtəyə klikləməklə bu seçimlərə daxil ola biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə