“Ölkədə informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atılır” - İLQAR MUSAYEV

“Son illər ölkəmizdə kiber təhlükəsizliyi və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atılır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda təşkil edilən konfrans zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün bu istiqamətdə bir çox mütəxəssislərin yetişdirilməsi, forumların keçirilməsi Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən irəli gəlir: “Bu cür forumların Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var. İnformasiya təhlükəsizliyi sahəsində işlər gücləndirilməlidir. Artıq bununla bağlı iki normativ aktın təsdiq olunması gözlənilir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə