“Tesla” 1,1 milyon avtomobilini geri çağıracaq

BBC-nin xəbərinə görə...

Elektrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-da şüşələrin çox tez bağlanması və insanların barmaqlarının sıxılması ehtimalına görə 1,1 milyon avtomobili geri çağıracaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

BBC-nin xəbərinə görə, ABŞ-da səlahiyyətlilər tərəfindən hazırlanan hesabatda “Tesla”nın avtomobillərində maneə aşkar edildiyi, şüşələrin düzgün reaksiya vermədiyi yazılıb. ABŞ Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Departamenti bunu “təhlükəsizlik pozuntusu” adlandırıb. Pəncərələrin çox tez bağlanması və insanların barmaqlarını çimdikləmə ehtimalı səbəbindən 1,1 milyon avtomobilin geri çağırılması qərara alınıb.

“Tesla” tərəfindən edilən açıqlamada problemin proqram yeniləməsi ilə aradan qaldırılacağı bildirilib. Qeyd edilib ki, bu problemlə bağlı heç bir qəza, xəsarət və ölüm halları olmayıb. Şirkət problemli nəqliyyat vasitələrinin sahiblərinə noyabrın 15-dən məktubla məlumat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə