"Azərkosmos" və Türkiyənin Kosmik Agentliyi Anlaşma Memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos") Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb.

SİA nazirliyə istinadən xəbər verir ki, imzalanma mərasimi Fransanın paytaxtı Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub.

Memorandum Yerin məsafədən müşahidəsi və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.

Sənəd iki qurumun beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə