Populyar mesajlaşma tətbiqi "WhatsApp"ın yenilənmiş məxfilik xüsusiyyəti ilə "onlayn statusu gizlət" üçün geri sayım başlayıb. SİA xəbər verir ki, "Meta" şirkətinə məxsus mesajlaşma platforması olan "WhatsApp" tamamilə yeni xüsusiyyət əldə edir. İndiyə qədər istifadəçilər üçün vazkeçilməz olan "WhatsApp" indi şəxsi məlumatlarını məxfi saxlamaq istəyənlərin ehtiyaclarını qarşılayacaq bir funksiya üzərində işləyir. Tezliklə istifadəyə verilməsi gözlənilən yeni məxfilik funksiyası “Onlayn statusu gizlət” adlanır. Hazırda yalnız androidin "beta" versiyasında görünən funksiya əslində artıq mövcud idi. Ancaq əvvəlki vəziyyətdə ya hamıdan gizlənə, ya da hamıya görünə bilərdiniz. Yenilənmiş funksiya ilə artıq müəyyən insanlar üçün görünməz ola biləcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə