"ADEX 2022" Beynəlxalq müdafiə sərgisinin ikinci günü başlayıb
Bakıda "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisinin ikinci günü başlayıb.
SİA-nın məlumatına görə, ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.
Sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.
Sərgilər sentyabrn 8-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB