"TEKNOFEST" bölgə əhalisi tərəfindən maraqla qarşılanıb

"TEKNOFEST" bölgə əhalisi tərəfindən maraqla qarşılanıb

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı "TEKNOFEST" Qara dəniz bölgəsində yerləşən Samsun şəhərində davam edir.

Türkiye Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən "TEKNOFEST" Qara dəniz üçün Çarşamba Hava Limanında keçirilən tədbirlər davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu il 5-ci dəfə keçirilən festivala bölgə əhalisi böyük maraq göstərib.

Yerli istehsalın ön plana çıxdığı festivalda; Türkiyenin aviasiya və kosmos sənayesinin yerli və milli istehsalı olan müdafiə sənayesində pilotsuz döyüş vasitələri, helikopter və reaktiv təyyarələr sərgiləndi.

1-ci gün 105 min, ikinci gün 95 min, 3-cü gündə 120 min olmaqla cəmi 320 min nəfərin ziyarət etdiyi festival 4-cü gündə böyük izdihamla qarşılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə