“Bu il keçirilən sərgidə daha çox ölkədən nümayəndə iştirak edəcək” - ARİF BABAYEV

“Bu il keçirilən sərgidə daha çox ölkədən nümayəndə iştirak edəcək” - ARİF BABAYEV

“Sentyabr ayının 6-dan 8-dək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi “Securex Caspian” təşkil edilir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi “Securex Caspian” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.

Onun sözlərinə görə, bu sərginin əvvəlki illərdə keçirilən sərgilərdən fərqi ondan ibarətdir ki, bu il keçirilən sərgidə daha çox ölkədən nümayəndə iştirak edəcək: “Beynəlxalq “ADEX” hərbi sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır.
“Sərgi dünyanın bir sıra qabaqcıl dövlətlərinin nüfuzlu şirkət, təşkilat, qurum və nümayəndə heyətlərini bir araya gətirməklə respublikamızın və xarici ölkələrin güc strukturlarına ən müasir hərbi texnologiyaların, geniş çeşiddə silah və sursatların, o cümlədən bu sahədə bir sıra yeniliklərin təqdim edilməsində mühüm rol oynayır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə