“Covid-19”a qarşı “Paxlovid” dərmanı yenidən testə göndərilir

“Bloomberg”in xəbərinə görə...
“Covid-19”a qarşı “Paxlovid” dərmanı yenidən testə göndərilir

ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın “Pfizer” əczaçılıq şirkətindən “Covid-19”un müalicəsində istifadə edilən “Paxlovid” dərmanının təkrar sınaqdan keçirilməsini tələb edib.

SİA “Bloomberg”in xəbərinə istinadən FDA tərəfindən “Paxlovid” ilə müalicə olunan xəstələrdə əvvəlcə mənfi olan, sonra yenidən müsbət çıxan “Covid-19” testlərinə görə dərmanın yenidən sınaqdan keçirilməsi tələb olunduğunu bildirir.

Xatırladaq ki, iyulun 22-də “Covid-19” üçün testi müsbət çıxan ABŞ prezidenti Co Bayden də 5 günlük “Paxlovid” dərmanı ilə müalicə edildi, testlər mənfi çıxdıqdan sonra iyulun 27-də işə qayıtdı. İyulun 30-da test nəticəsi yenidən müsbət çıxdıqdan sonra Bayden yenidən karantinə alındı. Bir həftə sonra “Covid-19” testləri mənfi çıxdıqdan sonra avqustun 7-də işə döndü.

ABŞ prezidentinin həkimi Kevin O'Konnor da “Covid-19” müalicəsində “Paxlovid” dərmanından istifadə edən xəstələrin bəzilərinin testlərinin yenidən müsbət çıxdığını və C.Baydeni tez-tez yoxlamağa davam etdiklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə