ABŞ “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirdi

ABŞ “Minuteman III” qitələrarası ballistik raketini 16 avqust 2022-ci il tarixində növbəti dəfə sınaqdan keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, bu ballistik raket çoxsaylı nüvə başlıqları daşıya bilir. Raketin təlim döyüş başlıqları 6760 kilometr məsafə qət edərək Sakit okeanın mərkəzində yerləşən Kvajaleyn (Marşal adaları) yaxınlığındakı poliqonda hədəflərini vurub.

Bu sınaq Birləşmiş Ştatların nüvə silahından çəkindiricilik, təhlükəsiz, etibarlı, 21-ci əsrin təhdidlərinin qarşısını almaqda və müttəfiqlərimizi əmin etməkdə effektiv olduğunu nümayiş etdirməyə yönəlmiş müntəzəm və dövri fəaliyyətlərin bir hissəsidir. Bu cür sınaqlar əvvəllər 300 dəfədən çox aparılıb və bu sınaq hazırkı qlobal hadisələrin nəticəsi deyil.

Qeyd edək ki, bu ayın əvvəlində ABŞ Tayvan yaxınlığındakı təlimlər səbəbindən Çinlə gərginliyin artmasının qarşısını almaq və aprel ayında Ukraynada davam edən müharibə zamanı Rusiya ilə nüvə gərginliyini azaltmaq üçün sözügedən sınaqları iki dəfə təxirə salmışdı.

Xatırladaq ki, “Minuteman III” qitələrarası ballistik raketi 12 min kilometr məsafədə yerləşən hədəfləri vura bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə