“Youtube” “Rostex”in səhifəsini bloklayıb

“Youtube” videoplatforması Rusiyanın “Rostex” korporasiyasının səhifəsini bloklayıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə İnterfax agentliyi məlumat yayıb.

Korporasiya bildirib ki, bu gündən etibarən “Youtube”dakı bütün məlumatlar Rusiyanın “Rutube” platformasına köçürüləcək.

“Rostex”in “Youtube”da 45 mindən çox izləyicisi var. Korporasiya Ukrayna münaqişəsinə görə ABŞ-ın sanksiya siyahısına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə