“Facebook”un gəlirləri azalıb

“Facebook”un tarixində ilk dəfə gəlirləri azalıb.

SİA APA-ya istinadən xəbər verir ki, “Facebook”un da daxil olduğu “Meta” şirkətinin gəlirləri ötən rübdə 1 faiz azalaraq 28,8 milyard dollar olub. Hesabat dövründə xalis mənfəət 36 faiz azalaraq 6,7 milyard dollar təşkil edib.

Ekspertlərlə müzakirə zamanı şirkətin rəhbəri Mark Zükerberq bildirib ki, yaxın illərdə sərmayələr azaldılacaq, yeni işçi qəbulu minimuma endiriləcək.

Hazırda “Meta”nın dünya üzrə 84 000 işçisi var ki, bu da ötən ilkindən 32 faiz çoxdur.

İqtisadi göstəricilər elan olunduqdan sonra şirkətin birjadakı səhmləri 4 faiz ucuzlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...