“WhatsApp”dan daha yeni bir funksiya

Bundan sonra “WhatsApp” istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən tətbiqdəki məlumatlarını ötürə biləcəklər.

Yenilik hesab informasiyalarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları bir əməliyyat sistemindən digərinə ötürməyə imkan yaradacaq. Amma zəng tarixçəsini köçürmək mümkün olmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ötən il belə bir funksiya “Samsung” smartfonları üçün tətbiq edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə