"Tviter"in səhmləri 9 faizdən çox ucuzlaşıb

"Tviter"in səhmləri 9 faizdən çox ucuzlaşıb

"Tviter" şirkətinin səhmləri amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın şirkətin alışı ilə bağlı müqaviləyə xitam verməsindən sonra 3,37 dollar (9,15 faiz) ucuzlaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Nyu-York Fond Birjasında keçirilən hərracların məlumatları əks etdirir.

Səhmlərin qiyməti 33,48 dollar təşkil edib. Ticarətin açılışında eniş 5 faizdən çox olub. Qısa müddət sonra ucuzlaşma 7 faizi, daha sonra sonra 9 faizi keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə