“Pfizer-BioNTech” “Omicron”a qarşı da yüksək immun reaksiya göstərir

“BioNTech”in saytında verilən açıqlamaya görə...

“Pfizer-BioNTech” yenilənmiş “Covid-19” peyvəndlərinin “Omicron” variantına qarşı orijinal peyvənddən daha yüksək immun reaksiya göstərir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“BioNTech”in saytında verilən açıqlamaya görə, “Omicron” variantına qarşı iki fərqli üsul tədqiq edilib: yalnız variantı hədəfləyən və ya orijinal peyvənd üçün variant mühafizəsi əlavə edən kombinasiya gücləndiricisi.

İki fərqli doza səviyyəsi 30 və 60 mikroqram 56 yaş və daha yuxarı olan 1200-dən çox adamda sınaqdan keçirilib.

Bildirilib ki, hər iki peyvənd “Omicron” variantına qarşı orijinal peyvənddən daha yüksək immun reaksiya göstərib, eyni zamanda, variantla mübarizə aparan anticisimlərdə əhəmiyyətli artım müşahidə olunub.

“Pfizer”in baş icraçı direktoru Albert Bourla sözügedən mövzu ilə bağlı deyib: "Artıq “Omicron” üçün uyğunlaşdırılmış iki çox güclü peyvəndimiz var."

Bütün xəbərlər Facebook səhifəmizdə