Bəlkə də ilk baxışda təəccüblü gələcək, amma realdır.

2003-cü ilin iyununda Mars orbitinə qaldırılmış “Mars Express” zondunda hələ də Windows 98 əməliyyat sistemi işləyir.
SİA-nın əldə etdiyi məlumata görə, NASA yaxın günlərdə zondun proqram təminatını yeniləyəcək. məqsəd cihazın daha dəqiq işləməsini təmin etməkdir. Lakin yenilənmə əməliyyat sisteminə aid olmayacaq. Milyonlarla kilometr məsafədə olan cihazın əməliyyat sistemini tam yeniləmək həm çşətin, həm də risklidir. Həm də artıq işdir.

Belə sual da ortaya çıxa bilər: Rusiya və ABŞ-ın milyardlarla pul tökdüyü cihaza daha müasir sistem yazmaq mümkün deyildimi?

Cavab sadədir: o dövrdə ən yaxşısı elə Windows 98 idi.

Bütün xəbərlər Facebook səhifəmizdə