Yer kürəsinin daxili nüvəsi fırlanır

Amerika alimlərinin apardığı araşdırmaların nəticəsində bəlli olub ki...

Dünyanın mərkəzində yerləşən daxili nüvənin fırlanma sürətinin hər il artdığı açıqlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Amerika alimlərinin apardığı araşdırmaların nəticəsində Yer kürəsinin daxili nüvəsinin fırlanma sürətinin artması ilə hər 6 ildən bir bir neçə kilometr irəli-geri fırlandığı üzə çıxıb.

Yerin daxili nüvəsinin hərəkətini tədqiq edən alimlər hərəkətin kompüter modelini yaratmaq üçün 1969-1974-cü illərdə seysmik məlumatlardan istifadə ediblər.

Yaradılan simulyasiyalar alimlərin 20 ildir iddia etdiyi kimi, səth sürüşmələrinin Yerin daxili nüvəsinin hərəkətindən sonra baş verdiyini təsdiqləyib.

Alimlər israrla Yerin son bir neçə ildə yelləndiyini bildirir. Bu, aşkar edilmiş tsikldən sonrakı günlərin uzunluğundakı dəyişikliklərlə də izah edilə bilər.

Tədqiqat haqqında danışan professor Con Vidale (John Vidale) deyib: “Bizim son müşahidələrimiz göstərir ki, Yerin daxili nüvəsi 1969-cu ildən 71-ə qədər bir yavaş fırlanıb, 1971-ci ildən 74-cü ilə qədər isə digər istiqamətdə hərəkət edib”.

Bütün xəbərlər Facebook səhifəmizdə