NASA UNO-ları tədqiq edəcək komanda yaradacaq

NASA UNO-ları tədqiq edəcək komanda yaradacaq

ABŞ Milli Kosmik və Aviasiya Agentliyi (NASA) payızın əvvəlində UNO kimi tanınan naməlum hava hadisələri ilə bağlı araşdırmalara başlamaq qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, komanda "səmada təyyarə və ya məlum təbiət hadisələri kimi müəyyən edilə bilməyən hadisələr - elmi baxımdan" haqqında məlumat toplayacaq. NASA qeyd edib ki, tədqiqat mövcud məlumatların identifikasiyası, onların necə toplanılması və bu hadisələrin elmi şəkildə dərk olunması üçün istifadə edilməsinə yönələcək.

NASA-dan bildirilib ki, atmosferdəki naməlum hava hadisələri həm milli təhlükəsizlik, həm də uçuş təhlükəsizliyi üçün maraqlıdır.

Tədqiqat qrupuna Nyu Yorkdakı Saymons Fondunun prezidenti və əvvəllər Prinston Universitetində astrofizika departamentinin sədri olmuş astrofizik Devid Sperqel rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə