İnstagram itkin düşən uşaqlar haqqında insanlara məlumat vermək üçün “Amber” xəbərdarlıqları göndərməyə başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, funksiya sabahdan etibarən əlçatan olacaq və növbəti həftələrdə artıq 25 ölkədə istifadəyə veriləcək.
Qeyd edək ki, instagram istifadəçiləri bu xəbərdarlıqlara davamlı olaraq məruz qalmayacaqlar. Şirkət bildirib ki, xəbərdarlıqlar “nadir və axtarış ərazisinə uyğun” olmalıdır. İnstagram bildirişlərin hansı hesablara göndəriləcəyini müəyyən etmək üçün IP ünvanları və naviqasiya məlumatları (əgər aktivdirsə) kimi amillərdən istifadə edəcək.
Xəbərdarlıqlar tətbiqdaxili bildirişlər kimi deyil, istifadəçi lentlərində göstəriləcək. Digər bildirişlərdən fərqli olaraq burada itkin düşən uşağın şəkli və təsviri, həmçinin onun sonuncu dəfə harada görüldüyü kimi digər müvafiq detallar yer alacaq. Eyni zamanda bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermək üçün əlaqə nömrəsi də qeyd ediləcək.
Məxfilik və təhlükəsizliklə bağlı daha aktiv addımlar atan tətbiq mövzu uşaqlar olduqda bunu daha da ciddiləşdirməkdə qərarlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB