AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb - FOTOLAR

AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb - FOTOLAR

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mükafatlandırılma mərasimi olub. Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları da “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb.
Bu barədə SİA-ya universitetdən bildirilib. Universitetin "TwoDice Sabah" komandası “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci, "Hi-Tech" komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yeri tutub.

AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası isə “Robotexnika” müsabiqəsinin A kateqoriyasında ikinci yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə