Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin 25 may Afrika Günü münasibətilə təşkil etdiyi "Türkiyə-Afrika Media Zirvəsi" start götürüb.
SİA-nın əldə etdiyi məlumata görə, İstanbulda iki günlük zirvə toplantısının açılış nitqini Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun edib.
Türkiyə ilə afrikalı media mənsubları arasında əməkdaşlıq və koordinasiyanı gücləndirmək, təcrübənin bölüşülməsi və tərəfdaşlıq perspektivinin inkişafı məqsədi daşıyan tədbirdə 45 Afrika ölkəsindən 80 mətbuat nümayəndəsi, o cümlədən Afrika diplomatları, dövlət qurumlarının rəhbərləri, media nümayəndələri, akademiklər, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
Sammitdə yeni növ koronavirus (Covid-19) epidemiyasından sonra jurnalistikanın üzləşdiyi çətinliklər və “rəqəmsal mühasirə” kimi çağırışlarla yanaşı, media sektorunda gender bərabərliyi mövzusunda sessiyalar keçiriləcək. Türk və afrikalı jurnalistlərin də qlobal medianın Afrika perspektivini müzakirə edəcəyi proqramda beynəlxalq nizamla bağlı qiymətləndirmələr paylaşılacaq.
Afrikaya sərmayə qoyan türk şirkətləri və qitənin insan kapitalına töhfə verən qurum və təşkilatların nümayəndələrinin təqdimatlarından sonra sammit xüsusi sessiyalarla yekunlaşacaq. Sözügedən proqramın Afrika mediasında Türkiyə haqqında məlumatlılığı artırması və Türkiyənin Afrika ölkələri ilə media və kommunikasiya sahəsində əməkdaşlığını gücləndirməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Mən gecə-gündüz işləyən nənəyəm”
Şou-Biznes 21:55Keniya prezidentinin Zelenskidən istəyi...
Dünya 21:05Azərbaycan şanlı Zəfəri İtaliyada tanıdılır
Siyasət 20:48“Ruslar gülmür...”
Dünya 20:44Dünyanın ən populyar 10 avtomobilinin adı açıqlanıb...
Texnologiya 20:25Altıncı hiss: İntuisiya mövcuddurmu, yoxsa mifdir?
Maraqlı 20:04Bakıda Hərbi parad keçirilib... - YENİLƏNİB - 4
Siyasət 19:50Lissabonda Zəfər Günü qeyd edilib
Siyasət 19:42Alimlər yüksək zəkanın sirrini açıblar...
Maraqlı 19:04Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
İqtisadiyyat 18:50Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:22Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 18:19Dövlət rəhbərlərinin üçtərəfli görüşü olub
Siyasət 18:1620 ildən sonra Moskvada 20 faiz rus qalacaq..?
Dünya 18:14Göyçaylı qazi nikahını Zəfər Günündə rəsmiləşdirdi
Sosial 18:01Şəhid Alı Həsənliyə həsr edilmiş film nümayiş olunub
Sosial 17:37Azərbaycan COP30-da yeni NDC təqdim edib
Siyasət 17:24Gəncədə Şəhidlər xiyabanı ziyarət olunub - FOTOLAR
Sosial 16:47“Zəfərdən qələmə” pyes müsabiqəsinin qalibləri müəyyənləşib
Mədəniyyət 16:43“Airbus” 2025-ci ilin ən böyük sifarişini əldə edib
İqtisadiyyat 16:41Qarabasma psixoloji pozğunluqdur, yoxsa… - ARAŞDIRMA
Maraqlı 16:06Gürcüstanın Azərbaycana əczaçılıq məhsulları satışından qazancı 18 % artıb
İqtisadiyyat 15:36Bakıda hərbi parad başa çatıb
Siyasət 15:14Zəfər Günü Özbəkistanda da qeyd olunub - FOTOLAR
Siyasət 14:41Pakistan hərbçiləri Bakıda paradda keçid edib
Siyasət 14:40Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçib
Siyasət 14:38Xəzər dənizində zəlzələ olub
Hadisə 14:28Zəfərimiz mübarək olsun - Türkiyə Prezidenti
Siyasət 14:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9612
0,00%
-
GBP
2,2300
0,00%
-
RUB
2,0928
0,00%
.jpg)

.jpg)
