Votsap qrupları ilə bağlı yenilik

Votsap messencerində qrup çatlarından çıxmaqla bağlı funksiyalardan biri dəyişiləcək.

SİA-nın əldə etdiyi məlumata görə, votsapın kompüterlər üçün 2.2218.1 saylı beta versiyasında indi qrup söhbətlərini səssiz tərk etmək imkanı var.

Bu zaman yalnız adminlər istifadəçinin söhbəti tərk etməsi barədə bildiriş alır. Hazırda isə istifadəçi qrup söhbətini tərk edərsə, onun bütün iştirakçıları bunu görə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə