Kembric Universitetinin alimləri yosunlarla işləyən kompüterin yaradılmasından danışıblar. Tədqiqatın nəticələri “Energy & Environmental Science” jurnalında dərc olunub.

SİA bu barədə rus saytlarına istinad edir.

Mütəxəssislər “ARM Cortex M0+ “mikroprosessorları əsasında sistem və şirin su siyanobakteriyaları “Synechocystis” ştammı əsasında bioakkumulyator yığıblar. Yaranan kompüter altı aydan çox müddətə yosunların enerjisi üzərində fasiləsiz işləyib.

Alimlər laboratoriya şəraitində yosun əsaslı batareyanın az miqdarda enerji istehsal edə biləcəyini bildiriblər. Fotosintez nəticəsində yaranan zəif elektrik cərəyanı alüminium elektroda köçürülərək mikroprosessoru gücləndirmək üçün istifadə edilib.

“Sistemin uzun müddət ərzində nə qədər yaxşı işləməsi bizi heyran etdi – biz onun bir neçə həftədən sonra dayanacağını düşündük, lakin işləməyə davam etdi”. Bunu tədqiqat müəllifi Dr. Paolo Bombelli bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə