“WhatsApp” fəaliyyətini dayandırır? - DİQQƏT! - İT ÜZRƏ MÜTƏXƏSSİS AÇIQLADI
İnternet vasitəsilə ünsiyyət qurmağa imkan verən ən məşhur, böyük və geniş yayılmış xidmət “WhatsApp”dır. İnsanlar “WhatsApp”ın köməyi ilə, daxil edilmiş imkanlardan istifadə edərək, asanlıqla səsli zənglər edə, mətn mesajları, müxtəlif növ media faylları göndərə və eyni zamanda bir çox müxtəlif funksiyaları heç bir məhdudiyyət olmadan yerinə yetirə bilirlər. Messencerə giriş demək olar ki, 2009-cu ildən, smartfon istifadəçiləri üçün əlçatan olduqdan bəri, pulsuz təmin edilir.
Lakin son günlər istər sosial şəbəkələrdə, istər yerli və ya xarici mətbuatda “WhatsApp”ın ödənişli şəkildə fəaliyyət göstərəcəyi barədə məlumatlar yayılıb.
SİA mövzu ilə İT üzrə mütəxəssis Emin Qasımovun fikirlərini öyrənməyə çalışıb: ““WhatsApp” özlüyündə pullu olmayacaq. Yəni əgər, bir telefonda bir nömrə işlədilirsə, heç bir dəyişiklik olmayacaq. Lakin siz eyni nömrəni bir neçə mobil telefonlara əlavə edəcəksinizsə o zaman ödəniş etməli olacaqsınız. Bu “WebWhatsapp” və s. aid deyil. Yalnız aplikasiya üzərindən eyni nömrəni əlavə etməkdən gedir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB