Görünən planetlərin bir xətdə düzülüşü 2005-ci ildən bu yana cəmi 3 dəfə baş verib

Günəş sisteminin planetləri aprelin 21-də düz bir xətdə görünəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, bu nadir hadisəni Şimal yarımkürəsində izləmək mümkündür.

Sıralanma aprelin 17-dən formalaşmağa başlayıb, lakin ayın 21-də dəqiq görünəcək. Bunu görmək üçün sübh açılana qədər göyə baxmaq lazımdır.

Təxminən aprelin 23-də Yerin peyki Ay da planetlər sırasına girəcək.

İyunun 24-də Merkuri, Venera, Mars, Yupiter, Saturn, Neptun və Uran daha böyük planetlər xəttində bir araya gələcək.

Bütün bunları durbin və ya teleskopla izləmək mümkündür.

Görünən planetlərin bir xətdə düzülüşü 2005-ci ildən bu yana cəmi 3 dəfə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə