Türkiyənin yerli və milli avtomobili olan TOGG-un ilin sonuna kimi istehsala başlayacağı açıqlandı.
Qeyd edək ki, bunlar türk şirkəti “Automobile Joint Venture Group Inc” nin istehsal etməyi planlaşdırdığı beş elektrikli avtomobildir. Onu da bildirək ki, bunlardan birincisi C seqmentli yolsuzluq avtomobili olacaq.
Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır sosial media hesabında TOGG-nun yeni görüntülərinin paylaşılması ilə bağlı mətbuata məlumat verərək bildirib: "Millətimiz tərəfindən yaxından təqib edilən və maraqla gözlənilən Türkiyənin avtomobil layihəsi diqqət mərkəzindədir. İlin sonuna qədər TOGG-un istehsalına başlanacaq.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə mənfi 40 dərəcə soyuq, güclü qar və buzlanma şəraitində aparılan sınaqların videoları böyük marağa səbəb olub. Qeyd edək ki, TOGG bütün bu sınaqlardan çox uğurla keçib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB