“Facebook” və “Instagram”da ruslarla bağlı qadağa

“Facebook” və “Instagram”da ruslarla bağlı qadağa

Amerikanın “Meta Platforms” şirkəti özünün “Facebook” və “Instagram” sosial şəbəkələrində ruslara qarşı ölümə çağırışlarıyla bağlı qadağanın müvəqqəti olaraq götürüldüyünü təsdiqləyib. Bu barədə şirkətin sözçüsü Endi Stoun “Twitte”də yazıb.

SİA bu barədə “lenta.ru” saytına istinad edir.

Şirkət cözçüsünün dediyinə görə, söhbət “zorakılığa çağırış qadağasını normal olaraq pozacaq siyasi ifadə formalarından” gedir. Xüsusilə, Ukrayna hadisələri fonunda istifadəçilərə “rus işğalçılarının ölümü” çağırışlarına icazə veriləcək, lakin sosial şəbəkələrin administrasiyası rusiyalı mülki şəxslərə qarşı zorakılıq çağırışlarını bloklayacaq.

Yazıdakı şərhlərdə istifadəçilər şirkətin seçiciliyini qeyd ediblər. Xüsusilə, Əfqanıstan xalqının sosial şəbəkələrdə “Amerika işğalçılarına ölüm” yazmasına çətin ki, icazə veriləcəyi ilə bağlı şübhələr yaranıb.

Daha əvvəl Meta Platformaların daxili poçt siyahısından məlum olub ki, şirkət bir sıra ölkələrdə “Facebook” və Instagram sosial şəbəkələrinə istifadəçilərin ruslara, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq çağırışlarını bloklamamağa müvəqqəti icazə verəcək. Bundan əlavə, sosial şəbəkələrdə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkoya qarşı ölüm çağırışlarının silinməyəcəyi gözlənilir.

Yeri gəlmişkən bildirək ki, “Meta Platforms” texnologiya konqlomeratına sahib olan və Kaliforniya ştatının Menlo Parkında yerləşən Amerika çoxmillətli holdinq şirkətidir. O, Facebook, Instagram, WhatsApp və Oculus-un əsas təşkilatçısıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə