NASA administratoru Bill Nelson mövzu ilə bağlı açıqlama verərək deyib...
Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmos Agentliyi – NASA indiyə qədər kosmosa buraxılmış ən böyük və ən güclü teleskop olan “James Webb”in çəkdiyi fotonu paylaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, “James Webb” kosmik teleskopunda güzgülərin düzülməsi davam edərkən NASA 18 güzgünün eyni nöqtəyə fokuslandığı bir fotoşəkil çəkilib. Uyğunlaşma prosesinin demək olar ki, yarısı başa çatıb.
NASA administratoru Bill Nelson mövzu ilə bağlı açıqlama verərək deyib: “Biz kainatın sirlərini açmağa bir addım daha yaxınıq. Bu yay “James Webb”in kainat haqqında yeni məlumatlarını görməyi səbirsizliklə gözləyirəm.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB