“Apple” Rusiyadakı rəsmi internet mağazasında məhsulların satışını dayandırıb

“Apple” Rusiyadakı rəsmi internet mağazasında məhsulların satışını dayandırıb

"Apple" şirkəti Rusiyadakı rəsmi internet mağazasında məhsul almaq imkanını bloklayıb.

SİA TASS-a istinadən xəbər verir ki, bütün məhsulların "çatdırılma" bölməsində "hazırda mövcud deyil" yazısı qeyd olunur.

Hazırda rəsmi internet saytında iPhone, iPad, MacBook, Apple Watch, AirPods və smart ev məhsullarını sifariş etmək mümkün deyil.

Fevralın 24-də ABŞ Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə əlaqədar Rusiya üçün Amerika texnologiyasından istifadə etməklə mikroelektronika, o cümlədən avionika və təyyarə hissələrinin ixracı üçün icazələrin alınması qaydalarını sərtləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə