“James Webb” teleskopu təyinat nöqtəsinə çatıb

Bir ay əvvəl fəzaya buraxılan “James Webb” teleskopu təyinat nöqtəsinə çatıb.

SIA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Aerokosmik agentliyi NASA məlumat yayıb.
Hazırda yerdən 1.5 milyon km məsafədə yerləşən aqreqat öz orbitinə yerləşib. Bura kainatın uzaq nöqtələrini müşahidə etmək üçün ən əlverişli məkandır. Cihazın üzərində iş davam edir və ilk şəkillərin yayda alınması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə