İsrail və ABŞ kosmosun birgə tədqiqinə dair saziş hazırlayır

İsrail hökuməti və ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) kosmosun, xüsusən də Ay və Marsın, eləcə də asteroid və kometaların birgə tədqiqi ilə bağlı “Artemida razılaşmaları” adlanan sənədlərini imzalamağa hazırlaşırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsrailin Xarici İşlər Nazirli Yair Lapid öz "Twitter" səhifəində yazıb.

O qeyd edib ki, həmin sənədlərin imzalanması iki ölkə arasında kosmik sektorda ticarət-iqtisadi əməkdaşlığın səviyyəsini yüksəldəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə