Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ötən gündən kəsilən naqilli internetə çıxış bu gün bərpa edilib.
SİA-nın məlumatına görə, bu barədə "TASS"ın Nur-Sultandakı müxbiri xəbər verib.
Məlumata əsasən, paytaxtda internetə çıxış ötən gün saat 12:00 radələrində bağlanmışdı.
Eyni zamanda, mobil internetə qoşulma hələ də mümkün deyil.
Qeyd edək ki, Nur-Sultanda yerli vaxtla saat 23:00-dan 07:00-dək komendant saatı qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə