Tezliklə süni intellektlə əvəzlənəcək peşələr açıqlanıb

İsveç Əmək Bazarının Qiymətləndirilməsi və Təhsil Siyasəti İnstitutu tezliklə hansı peşələrin yerini süni intellekt (AI) alacağı ilə bağlı araşdırma aparıb.

SİA xəbər verir ki, tədqiqatçılar hesab edirlər ki, süni intellekt texnologiyası getdikcə daha çox funksiyanı öz üzərinə götürür ki, bu da gələcəkdə cəmiyyətin müxtəlif fəaliyyət sahələrində əmək haqqı baxımından təbəqələşməyə səbəb olacaq.

Danderyud Xəstəxanasının ortoped-cərrahı Maks Qordon bildirib ki, süni intellekt nəinki ixtisaslı kadrları, hətta bəzi həkimləri, məsələn, rentgenoloqları əvəz edə bilər.

"Süni intellekt bu işi dərhal yerinə yetirə bilir ki, bu da hazırda kadr çatışmazlığımız olan sahədə işçilərin sayını azaltmağa kömək edəcək. Süni intellektin gələcəyin səhiyyəsində getdikcə daha mühüm rol oynayacağına dair bir çox əlamətlər var", - deyə həkim bildirib.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, texnologiya mühasibləri, fotomodelləri, poliqrafiya sənayesində, ağac emalı, kimya və metallurgiya sənayesində maşın operatorlarını, kassirləri və satıcıları, kənd təsərrüfatı üzrə kiçik kadrları, təmizləyiciləri, maşinistləri, montyorları, kiçik inzibati işçiləri, qaynaqçıları, tikinti işçilərini, sürücüləri, meşəçiləri və poçtalyonlara əvəz edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...