“Bloomberg”-ın redaktoru Mark Qurmanın hesabatına görə, “Apple” öz mühəndislərinin başqa böyük şirkətlərə keçməsinin qarşısını almaq üçün fərqli bir yol tutmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Apple” şirkəti bəzi mühəndislərə, xüsusən də yarımkeçirici dizayn, aparat və müəyyən proqram təminatı və əməliyyat qrupları üzrə məhdud müddətli səhmlər verib.
Müvafiq bölmələrdəki mühəndislərin təxminən 10-20%-nə “Apple”-dan ayrılmamaları müqabilində verilən bu bonuslara dörd il ərzində mühəndislərə ötürülən 50.000-180.000 dollar dəyərində səhmlər daxildir. Qurman qeyd edib ki, bonuslar alan bir çox mühəndis 80.000, 100.000 və 120.000 dollarlıq səhmlər alıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB