"Instagram" da yeniliklər tətbiq edilir

"İnstagram" köhnə fotoların, bəyənmələrin və şərhlərin silinməsi funksiyasını tətbiq edəcəyini, həmçinin yeniyetmələrə tövsiyə olunan məzmunla bağlı siyasəti dəyişdirəcəyini vəd edib.

SİA xəbər verir ki, planlaşdırılan yeniliklər barəsində sosial şəbəkənin rəhbəri Adam Mosser açıqlama verib.

Onun sözlərinə görə, şirkət istifadəçilərin onları izləməyən yeniyetmələri etiketləmək və ya qeyd etmək imkanını ləğv edəcək. Həmçinin, moderatorlarla əlaqə saxlamadan uzun müddət əvvəl dərc edilmiş fotoları, şərhləri və ya bəyənmələri silmək mümkün olacaq.

Şirkət 2022-ci ildə valideynlər və qəyyumlar üçün övladlarının sosial şəbəkələrdə nə qədər vaxt keçirdiklərini görməyə imkan verən proqram təqdim edəcəklərini vəd edilb.

Bütün xəbərlər Facebook səhifəmizdə