"Instagram"ın işində fasilələr yaranıb

"Instagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

SİA xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, fasilələr əsasən Rusiya, Belarus və Ukraynada qeydə alınıb.

Nasazlıqlar barədə məlumat verən istifadəçilərin 54 faizi mobil tətbiqin işindən, 25 faizi sosial şəbəkənin saytından şikayət edir, daha 21 faizi isə serverlərə qoşulmaqda çətinliklərin olduğunu qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə