Apple App Store-2021 qaliblərinin adını açıqlayıb

Apple şirkətinin qlobal mağazası App Store-da 2021-ci ilin 15 ən yaxşı tətbiq və oyunun adı açıqlanıb.

SİA xəbər verir ki, Toca Boca tərtibatçısının Toca Life World tətbiqi ilin iPhone tətbiqi, Riot Games-in "League of Legends: Wild Rift" oyunu isə ilin oyunu adını qazanıb.

Apple-in baş direktoru Tim Kuk bildirib ki, mükafatlara layiq görülmüş tərtibatçılar ilin ən yaxşı tətbiqlərini hazırlamaq üçün öz bacarıq və baxışlarını ortaya qoyaraq dünyada milyonlarlar istifadəçinin rəğbətini qazanıb.

Qeyd edək ki, on ildən artıqdır ki, Apple hər ilin sonunda ən yaxşı proqramları və oyunları mükafatlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə