NASA planlanan kosmik uçuşu təxirə saldı...

... səbəb tullantılardır

NASA astronavtları - Tomas Marşbön və Kayla Barronun kosmosa uçaraq qəzalı antena sistemini dəyişdirmələri planlanırdı...

SİA xəbər verir ki, Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos Agentliyi – NASA planlanan kosmik uçuşunu təxirə saldığını açıqladı.

NASA astronavtları - Tomas Marşbön və Kayla Barronun kosmosa uçaraq qəzalı antena sistemini dəyişdirmələri planlanırdı. Bu kosmik uçuşun təxirə salındığı açıqlanıb. Səbəb olaraq kosmosda istifadə edilən xarici peyklərin dağılan parçalarının təhlükə yaratması göstərilib.

“Kosmos zibili və ya tullantısı” insanlar tərəfindən kosmosa atılan, missiyası bitən və ya pozulan ölü peyk parçaları üçün istifadə edilən bir termindir. Bundan başqa, bir raketdən ayrılan parçaları və ya boya qırıntıları kimi daha kiçik parçalar da kosmos tullantısı sayılır.

NASA Yer kürəsi orbitində 27 mindən çox parça tullantısı olduğunu və bəzi parçaların təqibedilməz qədər kiçik olduğunu bildirib. Ancaq kiçik də olsa, bu tullantılar çox yüksək sürətlə irəlilədiyi üçün pilotlu kosmik uçuşlar və robot missiyaları üçün təhdid yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə