NASA yeni planet kəşf etdiyini açıqladı

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi – NASA Yer kürəsindən minlərlə işıq məsafəsində yeni bir planet kəşf etdi. SİA bu barədə türk mətbuatına istinad edir.

“TOİ-2109b” adlandırılan planetdə 1 il yalnız 16 saat davam edir.

Bilinən ən qısa orbitə malik olan yeni planet ulduzuna həddindən artıq yaxınlığı üzündən təxminən 3 min dərəcəlik istiliyə məruz qalır. Astroloqlar bunun indiyə qədər təsbit edilən ən isti ikinci planet olduğunu bildirib.

Yüpiter kütləsindən təxminən beş dəfə böyük olan və yalnız 16 saat içində ulduzunun ətrafında dönən planetin 10 milyon il sonra orada olub-olmayacağı elmi müzakirələrin növbəti mövzusu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə