"Bu mövzu Aİ şərtlərinə uyğun yoluna qoyulacaq"

"Çip istehsalına dair sərmayələrə ictimai dəstək təmin edilə bilər". Aİ Komissiyasının vitse-prezidenti Marqret Vestaqer (Margrethe Vestager) Belçikanın paytaxtı Brüsseldə təşkil edilən mətbuat konfransında ittifaqın rəqabət siyasəti və ictimai dəstəkləri haqqında danışaraq deyib...

Avropa İttifaqı üzv ölkələrdə çip istehsalına dair sərmayələrə cəmiyyət dəstəyi təmin edilməsinin təsdiqlənə biləcəyini açıqladı. SİA bu barədə xarici mətbuata istinad edir.

Aİ Komissiyasının vitse-prezidenti Marqret Vestaqer (Margrethe Vestager) Belçikanın paytaxtı Brüsseldə təşkil edilən mətbuat konfransında ittifaqın rəqabət siyasəti və ictimai dəstəkləri haqqında danışaraq deyib: “Mikroçiplər son zamanlar yaşanan qıtlıq səbəbindən gündəmdədir. Qlobal çip qıtlığı Avropa iqtisadiyyatının avtomobildən istehlakçı elektronikaya qədər geniş bir yelpiyində bu sənayenin əhəmiyyətini ortaya qoyub.

Aİ-nin çiplərlə əlaqədar xüsusi ictimai dəstək rəhbərliyi yoxdur. Bu mövzu Aİ şərtlərinə uyğun şəkildə yoluna qoyulacaq.

Çip istehsalında tək bir ölkəyə və ya şirkətə bel bağlanılmamalıdır.

Məqsədimiz çiplə bağlı dayanıqlı bir tədarük zənciri qurmaq və bənzər düşünən ortaqlarla istehsala müxtəliflik qazandırmaqdır.

Aİ üzvü olan ölkələrin ictimai dəstəkləklərini necə təmin edəcəkləri səlahiyyəti Aİ Komissiyasının vəzifə sahəsinə girir.

Üzv ölkələr cəmiyyət dəstəkləmələrini yalnız rəqabətə zərər verməyəcək şəkildə və ictimai mənfəətə uyğun şəkildə istifadə edə bilir”.

Qeyd edək ki, Avropa ölkələri çip kimi kritik texnologiyalarda Amerika Birləşmiş Ştatları və Çindən çox geridə qalır. Xüsusilə, yeni tip koronavirus (Covid-19) ilə birlikdə Avropada çip və yarı keçirici kimi texnoloji vəsaitlərin tapıla bilməməsi üzündən avtomobil zavodları istehsala ara vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...