Macarıstanda ölkənin qalan beş regionunda Sürətli İnternet Proqramına keçid başa çatdırılır. Proqram cari ayın sonuna kimi başa çatdırılacaq və bundan sonra Macarıstan internetinin tam modernləşdirilməsi barədə danışmaq mümkün olacaq. Bu sahəyə 2 milyon avroya yaxın investisiya qoyulub.
SİA xəbər verir ki, bunu noyabrın 12-də keçirilən yekun mətbuat konfransında Macarıstanın Maliyyə Nazirliyinin dövlət katibi Andraş Tallai deyib.
O qeyd edib ki, kiçik qəsəbələrdə yaşayan insanlar böyük şəhərlərdə yaşayan insanlar kimi sürətli internet, keyfiyyətli yollar, təhsil və ya asanlıqla əldə olunan ictimai xidmətlərdən yararlanmaq hüququna malikdirlər. Artıq cari ildə internetin keyfiyyətinə görə kəndlə paytaxt həyatı arasında heç bir fərq olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB