“Microsoft” şirkəti təxminən 2,46 trilyon dollarlıq kapitallaşması ilə dünyanın ən bahalı şirkəti olub, bazar maliyyələşməsi təxminən 2,41 trilyon dollar olan “Apple”ı qabaqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Apple”in səhmləri cümə axşamı rüblük məlumatların yayımlanmasından sonra təxminən 4% ucuzlaşıb. Şirkətin gəlirləri analitiklərin proqnozlaşdırdığı orta səviyyədən aşağı olub.
Digər tərəfdən, “Microsoft”un səhmləri artıb və hazırda proses davam edir. “Microsoft”un əsası 1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qoyulub. “Microsoft” fərdi kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük şirkətlərdən biridir. Şirkətin baş ofisi ABŞ-ın Redmond şəhərində yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB