Rusiyanın “Progress MS-18” insansız kosmik yük gəmisi Baykonur Kosmos Bazasından Beynəlxalq Kosmik Stansiyaya (UUİ) uçurulub. SİA bu barədə rus mətbuatına istinad edir.
Qazaxıstanda yerləşən Baykonur Kosmik Bazasından Türkiyə saatı ilə (TSİ) ilə sübh 03.00-da uçan gəmi Rusiya Federal Kosmos Agentliyinin (ROSCOSMOS) rəsmi saytında canlı yayımlanıb.
560 kiloqram yanacaq, 420 litr içməli su və 1490 kiloqramlıq texniki vəsait daşıyan “Progress MS-18” yük gəmisinin Beynəlxalq Kosmik Stansiyasına 30 oktyabrda TSİ ilə 04.34-də çatması gözlənilir.
Xatırladaq ki, Beynəlxalq Kosmik Stansiyası ROSCOSMOS, Amerika Aeronavtika və Kosmos Agentliyi - NASA, Avropa Kosmos Agentliyi (ESA), Kanada Kosmos Agentliyi (CSA) və Yaponiya Kosmos Araşdırma Agentliyinin (JAXA) birgə əməkdaşlığı ilə qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB